Bakıda gecə klubunda baş verən kütləvi dava ilə bağlı dörd nəfər tutulub

 Bakıda gecə klubunda baş verən kütləvi dava ilə bağlı dörd nəfər tutulub
# 17 fevral 2014 14:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda gecə klubunda baş verən kütləvi dava ilə əlaqədar ikisi tələbə olmaqla, dörd nəfər tutulub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinənlər, Bakı şəhər sakinləri, Anadolu Universitetinin 3-cü kurs tələbəsi, 1990-cı il təvəllüdlü Mahmud Yusif oğlu Qurbanlı, Azərbaycan Dövlət Bədən Tərbiyə Akademiyasının Boks fakültəsinin 4-cü kurs tələbəsi, 1993-cü il təvəllüdlü Ramiq Tofiq oğlu Ələsgərov, 1991-ci il təvəllüdlü Vasif Dindar oğlu Musayev və 1985-ci il təvəllüdlü Firat Qurban oğlu Qurbanov saxlanılıblar.

Qeyd edək ki, hadisə ötən gecə Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində qeydə alınıb.

Bir qrup şəxs arasında baş verən kütləvi davada Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hadıyev, Nizami Rayon Polis İdarəsinin əməkdaşı Tural Həsənov və Bakı şəhər sakini Xalid Məmmədov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR