İranda həbs edilmiş 65 azərbaycanlı azarkeş azadlığa buraxılıb

İranda həbs edilmiş 65 azərbaycanlı azarkeş azadlığa buraxılıb
# 13 aprel 2013 02:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda aprelin 10-da ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş 65 azərbaycanlı azarkeş azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, ik gün nəzarətxanada saxlanılan azarkeşlərdən yalnız Abdullah Nuri və Əli Həmzəpurun adlarını dəqiqləşdirmək mümkün olub. Onlardan aprelin 15-də ifadə vermək üçün Təbriz şəhər prokurorluğuna müraciət etmələri istənilib. Azərbaycanlı fəalların nədə günahlandırıldığı məlum deyil.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda “Traktor” futbol komandası ilə Səudiyyə Ərəbistanının “əş-Şəbab” klubu arasında keçirilmiş görüşdə Azərbaycanın bayrağı qaldırılıb, “Yaşasın Azərbaycan!” şüarı səsləndirilib, casusluqda ittiham edilərək 8 il azadlıqdan məhrum edilmiş və hazırda Tehranın Evin həbsxanasında saxlanılan hüquq müdafiəçisi, jurnalist Səid Mətinpura azadlıq tələbi ilə üzərində ingilis dilində yazılmış “Free Saeid Matinpoor” plakatı qaldırılıb, həmçinin İran bayrağı cırılaraq dalğalanmasına imkan verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR