Somalidə 78 İran vətəndaşı həbs edilib

Somalidə 78 İran vətəndaşı həbs edilib
# 26 aprel 2013 13:21 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Somalidə 78 İran vətəndaşı həbs edilib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə Somali dəniz polisi açıqlama yayıb.

Məlumatda ölkə sərhədlərini pozduqlarına və qanunsuz balıq ovu ilə məşğul olduqlarına görə 5 İran gəmisini və İran brakonyerlərinə xidmət edən 12 silahlı Somalo vətəndaşının da həbs edildiyi qeyd olunub, İran vətəndaşlarının mühakimə ediləcəyi vurğulanıb.

İran tərəfi hələlik məsələyə heç bir reaksiya verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR