AŞPA prezidenti: “Türkiyə qırıcı təyyarəsinin Suriya tərəfindən vurulması faktı qəbuledilməzdir”
25 iyun 2012 12:14 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. “Türkiyə böyük dövlətdir, Suriya məsələsində çox işlər görüb, bu ölkədən gələn qaçqınları öz ərazisində qəbul edib və biz də belə xoşagəlməz vəziyyətlərdə Türkiyəyə öz dəstəyimizi göstərməliyik”. APA-nın Strasburq müxbirinin məlumatına görə, bu sözləri Türkiyə ilə Suriya arasında baş verən insidentə münasibət bildirən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan-Klod Minyon deyib. O bəyan edib ki, Türkiyə qırıcı təyyarəsinin Suriya tərəfindən vurulması faktı qəbuledilməzdir və bu olay yalnız pislənməlidir: “İstəyim odur ki, dünyanın iki böyük dövləti Rusiya və Çin, xüsusən də Avropa Şurasının üzvü olan Rusiya BMT daxilində bizə dəstək olsun və Suriya ilə bağlı həll variantını tapmağa imkan yarada biləcək düzgün bir qərar qəbul etsin”.
Avropa
Finlandiya prezidenti: “Ərazilərimizdə NATO-nun nüvə silahlarını yerləşdirməyi xahiş etməmişik”
20:54
17 may 2024
İtaliyada güclü külək bir neçə yük vaqonunu aşırıb
20:32
17 may 2024
Litva Ukraynaya radar sistemləri verəcək
19:59
17 may 2024
Robert Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılacaq
19:16
17 may 2024