“Eurovision-2012”nin finalına vəsiqə qazanmış daha 10 ölkə bəlli olub

“Eurovision-2012”nin finalına vəsiqə qazanmış daha 10 ölkə bəlli olub
# 24 may 2012 22:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, şounun keçirildiyi «Baku Crystal Hall» tamaşaçı ilə dolu olub.

İlk olaraq səhnəyə üç aparıcı Leyla, Eldar və Nərgiz çıxıb. Yarışma dünyanın 46 ölkəsində canlı yayımlanıb. Ümumi tele auditoriyanın sayı 300 milyon nəfərdən çoxdur.

İkinci yarımfinaldan finala Litva, Bosniya və Herseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta və Türkiyə vəsiqə qazanıb.

Qeyd edək ki, mayın 22-də keçirilmiş I yarımfinalda Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə qazanıb.

Xatırladaq ki, yarışmanın qaydalarına uyğun olaraq Fransa, İngiltərə, İtalya, Almaniya və İspaniya və ötən il qalib gəlmiş ölkə olaraq Azərbaycan təmsilçiləri birbaşa mayın 26-da keçiriləcək final şousunda çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR