Azərbaycanlı mütəxəssislər müxtəlif Avropa ölkələrində nüvə tədqiqatları aparacaqlar

Azərbaycanlı mütəxəssislər müxtəlif Avropa ölkələrində nüvə tədqiqatları aparacaqlar
# 08 noyabr 2012 11:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan müxtəlif Avropa ölkələri ilə nüvə sahəsində mütəxəssis hazırlığı həyata keçirəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov APA-ya açıqlamasında deyib ki, Polşa Nüvə Kimyası İnstitutu ilə rəhbərlik etdiyi qurumun niyyət protokolu imzalanıb. Protokol çərçivəsində Azərbaycanın tədqiqatçıları Polşanın nüvə reaktorunda və digər nüvə mənbələrində kurs keçirlər.

Azərbaycan Fransa ilə də nüvə sahəsi üzrə tədqiqatlar aparmaq üçün niyyət protokolu imzalayıb. A.Qəribov bildirib ki, Avstriya Atom İnstitutu ilə də belə bir niyyət protokolu imzalanması nəzərdə tutulur. Daha sonra isə Baltikyanı ölkələr və İtaliya ilə də belə əlaqələr qurulacaq: “İmzalanan protokollarda kadr hazırlığı və azərbaycanlı mütəxəssislərin həmin ölkələrin nüvə obyektlərində işləməsi nəzərdə tutulur. Çünki respublikada tədqiqat nüvə reaktoru, neytron mənbələri və başqa mənbələr yoxdur. Ona görə biz bu ölkələrə səpələnməyə və tədqiqatlar aparmağa məcburuq. Azərbaycanda tədqiqat nüvə reaktorun olacağı təqdirdə artıq bu mütəxəssislər işləməyə hazır olacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR