Azərbaycan alternativ enerji mənbələrinin inkişafı strategiyasının tətbiqinə gələn il başlayacaq

Azərbaycan alternativ enerji mənbələrinin inkişafı strategiyasının tətbiqinə gələn il başlayacaq
# 27 sentyabr 2012 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2020-ci ilədək nəzərdə tutulmuş alternativ enerji mənbələrinin inkişafı strategiyasının tətbiqinə 2013-cü ildə başlanacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə Sənaye və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov məlumat verib.

R.Məmmədov qeyd edib ki, hazırda bu strategiyanın strukturu, əsasnaməsi, onun Avropa standartlarına uyğunlaşdırılması istiqamətində işlər həyata keçirilir: «Strategiyanın tətbiqinə 2013-cü ildə başlanacağı gözlənilir».

R.Məmmədov onu da bildirib ki, strategiya çərçivəsində Sumqayıt, Qobustan, Şəki və Samuxda alternativ enerji mənbələrindən istifadə sahəsinə dair müvafiq işlər aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR