İranda azərbaycanlı fəal həbs edilib

İranda azərbaycanlı fəal həbs edilib
# 26 mart 2012 12:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın məlumatına görə, Təbrizdə yaşayan Aydın Xacəi 2012-ci il martın 24-də evindən çıxarkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Hələlik azərbaycanlı fəalın harada saxlanıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, dəfələrlə həbs olunan Aydın Xacəi ən son 2011-ci ilin mayın 19-da həbs olunmuş, GAMOH-a üzv olmaqda və hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirləndirilərək Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 6 ay azadlıqdan məhrum edilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR