Emin Ağalarov, Səfurə Əlizadə, Ell&Nikki, Ani Lorak, Anri Joxadze və Diana Qurtskaya Milli Parkda konsert verəcəklər
26 aprel 2012 09:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanın “Eurovision” yarışmasına ev sahibliyi etməsi münasibəti ilə Dənizkənarı Milli Parkda açıq hava altında “Eurovision” təmsilçilərimizin iştirakı ilə konsert keçiriləcək. Konsert proqramının əsas məqsədi “Eurovision-2012” ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır. APA-nın məlumatına görə, fan kluba dəstək məqsədilə keçirilən konsertdə Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov, 2010-cu ildə Azərbaycanı «Euovision»da təmsil etmiş Səfurə Əlizadə və ötən ilin qalibləri Eldar Qasımov və Nigar Camal çıxış edəcək.
Konsertdə həmçinin «Eurovision-2012» mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Joxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzların iştirakı nəzərdə tutulur. Murad Dadaşovun aparıcılığı ilə keçiriləcək konsertə giriş sərbəst olacaq və iştirakçılara «Eurovision»un Azərbaycandakı rəsmi fan-klubu tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq. Konsert aprelin 29-da saat 19:00-da başlayacaq.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024