Moskvada “Qaya” qrupunun 50 illik yubileyi qeyd edilib - FOTO
06 iyun 2012 08:55 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında “Qaya” vokal qrupunun 50 illik yubileyi münasibəti ilə konsert keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Musiqi Evində keçirilən konsert Azərbaycanın Rusiyadakı səfirliyi və “Rus Art” prodüser kompaniyası tərəfindən təşkil olunub. Konsertdə ilk olaraq “Qaya” vokal qrupunun yaradıcılığına həsr olunan film nümayiş olunub. Filmdə qrupun təşəkkül tapması, qastrol səfərləri və “Qaya” qrupu haqqında tanınmış şəxslərin fikirləri yer alıb.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında “Qaya” vokal qrupunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Səfir “Qaya”nın üzvü Rauf Babayevin hal-hazırda da Azərbaycan incəsənətinə töhfələrini davam etdirdiyini söyləyib.
Daha sonra Rauf Babayevin rəhbərlik etdiyi, əvvəllər “Bəri bax”, hazırda isə “Qaya” adlandırılan ansambl konsert proqramı ilə çıxış edib. Ansambl üzvləri 50 yaşını qeyd edən “Qaya”nın ifa etdiyi və yaddaşlara həkk olunan mahnıları səsləndiriblər. Yeni “Qaya”nın ifası tamaşaçıların alqışları ilə müşayiət olunub.
Xatırladaq ki, “Qaya” 1960-80-cı illərdə SSRİ-nin ilk ən məşhur caz kvarteti olub. Böyük səhnəyə 1961-ci ildə gələn qrup, qısa bir zamanda SSRİ-yə öz ifaları ilə səs sala bilib. Böyük maraq oyadan qrup keçmiş SSRİ-nin bütün şəhərlərində qastrollarda konsertlər verib, 40-dan çox ölkədə çıxış edib. Konsert verdikləri ilk xarici ölkə isə Əlcəzair olub. Vaxtilə Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Fərəc Qarayev və Tofiq Babayev kimi görkəmli bəstəkarlar məhz “Qaya” kvarteti üçün mahnılar yazıb. 80-ci illərdə tərkibi tez-tez dəyişən qrup dağıldığından sonra, gənclərdən ibarət kvartet kimi Rauf Babayevin rəhbərliyi ilə yenidən səhnəyə qayıdıb.

İncəsənət
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024
"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib
19:27
5 may 2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
09:57
5 may 2024