Ramiz Nəcəfov: “Azərbaycanın aerodromları, hərbi gəmiləri artıq NATO standartlarına uyğunlaşdırılıb”

Ramiz Nəcəfov: “Azərbaycanın aerodromları, hərbi gəmiləri artıq NATO standartlarına uyğunlaşdırılıb”
# 13 aprel 2012 07:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general mayor Ramiz Nəcəfov Bakıda keçirilən “NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda konfransda bildirib. Onun sözlərinə görə, artıq Azərbaycanın aerodromları, hərbi gəmiləri NATO standartlarına uyğunlaşdırılıb. İdarə rəisi, Silahlı Qüvvələrin Akademiyasında “Müdafiə siyasəti və strategiyası” adlı fənnin hazırlanaraq tədrisinə başlandığını da deyib. R. Nəcəfov bildirib ki, NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik sektorunda bir sıra islahatlar aparılıb. Silahlı qüvvələrin NATO qüvvələri ilə uzlaşmasının təmin edilməsi, texniki təkmilləşdirmə, hərbi təhsilin uyğunlaşdırılması, ingilis dili bacarıqlarının artırılması sahəsində də bir sıra nailiyyətlər əldə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR