“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsi keçiriləcək

“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsi keçiriləcək
# 18 iyul 2012 11:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azad Gənclər” İctimai Birliyi “Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsini həyata keçiriləcək. Birlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində 2 qrup üçün “Turizm sahəsində biznes-planların hazırlanması” mövzusunda təlim kursları təşkil ediləcək.

Təlimlərin Masallı və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulur. Layihənin məqsədi gənclərin biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir. Layihədə gənclər iştirak etməklə, turizm sahəsində biznes plan hazırlamağı, sahibkarlıq fəaliyyətinə başlamağı və idarəçiliyin əsaslarına yiyələndirməkdir.

Təlim məşqlər müasir təhsil metodlarına əsaslanaraq həyata keçiriləcək. Təlim zamanı paylama materialı, təqdimatlar, qrup oyunları olmuş və tədris zamanı interaktivlik təmin ediləcək. İştirakçılara turizm sahəsinə aid normativ-hüquqi baza və dövlət proqramları haqqında məlumat verilmiş, biznes planların hazırlanmasına dair təlimlər keçirilmiş, iştirakçılar tərəfindən biznes-planların hazırlanmasına nail olunub.
Layihə iştirakçıların ümumi sayı 50 nəfər olub və onlar təlim-məşqlər zamanı bir sıra sualların cavablar nəzərdə tutulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR