Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,7% enib
# 02 avqust 2012 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 976 bəndədək, S&P 500 0,3% - 1 375 bəndədək, Nasdaq isə 0,7% - 2 920 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə Federal Ehtiyat Sisteminin qərarı təsir edib. Belə ki, FES baza faiz dərəcəsini rekord aşağı səviyyədə saxlayıb ki, bu da investorlar arasında iqtisadiyyatda problemlərin hələ də güclü olduğu amili kimi qiymətləndirilib.

Avropa fond bazarlarında avqustun 1-də FTSE 100 indeksi 1,4% - 5 713 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 6 755 bəndədək enib, Fransa CAC-40-ı 0,9% - 3 322 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 604,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2253 (-0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR