Strateji Araşdırmalar Mərkəzində “Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər” mövzusunda dəyirmi masa keçirilib

Strateji Araşdırmalar Mərkəzində “Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər” mövzusunda dəyirmi masa keçirilib
# 29 iyun 2012 14:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masada Türkiyənin “Xəzər Strategiya İnstitutu” Mərkəzinin üzvləri də iştirak ediblər. Tədbirdə son dövrdə Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən hadisələr prizmasında Türkiyə və Azərbaycan maraqlarının oxşar və fərqli cəhətləri ilə bağlı bir sıra suallar ətrafında fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran suallar müzakirə olunub.

Azərbaycanın ilk beynəlxalq tərəfdaşının Türkiyə olduğunu deyən SAM-ın direktoru Fərhad Məmmədov əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatdığını deyib: “Yaxın illərdə Azərbaycan Türkiyədəki sərmayəsini 17 milyard dollara çatdırmaqla, bu ölkədə 5 ən iri sərmayəçi sırasına daxil ola bilər”. F. Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə və Azərbaycan birgə səylərini ortaya qoymalıdır.

“Xəzər Strategiya İnstitutu” Mərkəzinin üzvləri Ömər Atsiz, Haldun Yavaş və Mesut Hakkı Çeşim də mövzu ilə bağlı danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR