«Atəşgah Sığorta» 80 min manatıq birdəfəlik sığorta ödənişi edib
15 fevral 2012 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti «Fərdi qəza sığortası» növü üzrə iri sığorta ödənişi həyata keçirib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sığorta ödənişinin məbləği 80 min manat təşkil edib və «Atəşgah»da sığortalanan şəxsin bədbəxt hadisə nəticəsində vəfatından sonra onun ailəsinə (həyat yoldaşı və övladlarına) təqdim edilib.
Xatırladaq ki, «Fərdi qəza sığortası» növü ilə yanaşı, «Atəşgah Sığorta» qrupu müştərilərinə «istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» xidmətini də təklif edir. Bu sığorta xidməti sığortaolunanın iş qrafiki ilə məhdudlaşır və iş yerində baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi, əlillik və ölüm kimi riskləri əhatə edir.
Qeyd edək ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib. Şirkətin ölkə üzrə 10 regional ofisi (Sumqayıt, Gəncə, Salyan, Lənkəran, Xaçmaz, Mingəçevir, Şəki, İmişli, İsmayıllı və Bərdə) fəaliyyət göstərir.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024