Bərdədə naməlum kişi meyiti tapılıb

Bərdədə naməlum kişi meyiti tapılıb
# 03 mart 2012 16:40 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdənin Soğanverdilər kəndinin yaxınlığında Borsunlu-Hindarx magistral avtomobil yolunun kənarında naməlum kişi meyiti tapılıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, meyit saat 18:00 radələrində əkin-biçin işləri ilə məşğul olan yerli sakinlər tərəfindən aşkarlanıb. Əraziyə dərhal Ağdam, Bərdə, Tərtər rayon plos şöbələrinin əməkdaşları gəlib.

Soğanverdilər kəndi də daxil olmaqla yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinləri arasında aparılan sorğu nəticəsində meyiti tapılan şəxsin yaxınlıqda yaşamadığı müəyyən edilib. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. O, məhkəmə tibbi ekspertizasına təqdim edilmək üçün Bərdə Mərkəzi Rayon Xəstəxanasına götürülüb.

Meyitin müəyyən edildiyi ərazi Bərdə rayonuna aid olduğundan, faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR