Lerikdə 6 saylı Ərazi Vergilər İdarəsinin xidmət mərkəzi fəaliyyətə başlayıb

Lerikdə 6 saylı Ərazi Vergilər İdarəsinin xidmət mərkəzi fəaliyyətə başlayıb
# 19 oktyabr 2012 12:40 (UTC +04:00)
Lerik. Ağəddin Babayev - APA. Bu gün Lerik şəhərində 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.

APA-nın cənub bürosunun məlumatına görə, yeni mərkəzin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev və vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış ediblər.

Bildirilib ki, 2007-ci ildən başlayaraq regionlarda, xüsusən də vergi orqanı olmayan şəhər və rayonlarda yaradılan belə mərkəzlərin başlıca iş prinsipi vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verməkdən, vergi bəyannamələrinin elektron formatda düzgün tətbiq edilərək göndərilməsindən, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması ilə bağlı digər xidmətlər göstərməkdən ibarətdir. Mərkəzdə həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün treninqlərin də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən ölkənin ayrı-ayrı rayonlarında indiyədək 38 vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib. Cari ilin sonuna kimi daha 2 bu cür mərkəzin fəaliyyətə başlayacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR