Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub - <font color=red>FOTOSESSİYA</font>
# 10 aprel 2012 11:57 (UTC +04:00)
APA-nın xəbərinə görə, mərkəzdə həyata keçirilən işlərin hazırkı vəziyyəti barədə dövlətimizin başçısına məlumat verilib, tikinti işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə yaxından maraqlanıb, inşaat işlərinin aparıldığı ayrı-ayrı sahələri gəzib, görülən işlərlə yerindəcə tanış olub. İnşaatda istifadə olunan tikinti materialları barədə prezidentə məlumat verilib, dövlət başçısı inşaat materiallarının keyfiyyəti ilə maraqlanıb.

Qeyd edək ki, mərkəzin ərazisində yol-nəqliyyat və digər infrastruktur ən müasir standartlara uyğun şəkildə qurulacaq, ərazidə yaşıllıq zolaqları salınacaq. Buraya gələn qonaqların rahat gediş-gəlişini təmin etmək üçün müasir eskalatorlar quraşdırılıb.
Mərkəz müxtəlif beynəlxalq tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin yüksək səviyyədə təşkil olunmasına imkan verəcək.
Görülən işlərlə yaxından tanış olan prezident İ. Əliyev ətraf ərazilərin abadlaşdırılması ilə bağlı da müvafiq tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR