Suriya hakimiyyəti Əl-Xubeyr şəhərində dinc sakinlərin öldürülməsi barədə xəbərləri təkzib edib

Suriya hakimiyyəti Əl-Xubeyr şəhərində dinc sakinlərin öldürülməsi barədə xəbərləri təkzib edib
# 07 iyun 2012 08:37 (UTC +04:00)
Bakı – APA. Suriya hakimiyyəti iyunun 6-da hökumət qüvvələri tərəfindən Hama əyalətinin Əl-Xubeyr şəhərində dinc sakinlərin öldürülməsi barədə xəbərləri təkzib edib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada bildirilir ki, silahlı terrorçular Əl-Xubyerdə 9 nəfəri öldürüblər və bundan sonra hökumət qüvvələri sakinlərin xahişi ilə terrorçulara qarşı əməliyyata başlayıb.

Müxalifətçi Suriya Milli Şurası isə Bəşər Əsədi dəstəkləyən qüvvələrin Əl-Xubeyrdə aralarında qadın və uşaqların da olduğu 100-ə yaxın insanı qətlə yetirdiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR