AMEA Naxçıvan Bölməsində beynəlxalq ekspedisiyaların yekununa həsr olunmuş tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində beynəlxalq ekspedisiyaların yekununa həsr olunmuş tədbir keçirilib
# 14 sentyabr 2012 12:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Ovçulartəpəsi, I Kültəpə və Duzdağda aparılan beynəlxalq ekspedisiyaların nəticələri ilə bağlı tədbir keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2006-cı ildən muxtar respublika ərazisində, o cümlədən Oğlanqala, Ovçulartəpəsi, Maxtakültəpəsi, Meydantəpə, Xarabagilan, Şahtaxtı, Duzdağ kimi qədim yaşayış yerlərində geniş miqyaslı tədqiqatlar aparılıb: “Arxeoloji qazıntılar muxtar respublikanın qədim tarixə malik olduğunu bir daha təsdiq edib. Amerikanın Pensilvaniya Universiteti, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşları ilə yanaşı, Türkiyə, İran, Suriya və digər xarici ölkələrdən gəlmiş mütəxəssislər də ekspedisiyada yaxından iştirak ediblər”.

Ovçulartəpəsi, I Kültəpə və Duzdağ arxeoloji ekspedisiyasının rəhbəri Vəli Baxşəliyev isə Duzdağda eradan əvvəl V minillikdən başlayaraq duz çıxarıldığını, mədənçiliyin inkişaf etdirildiyini, Duzdağdakı araşdırmaların həmin ərazinin dünyada ən qədim duz mədəni olduğunu göstərdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR