Taner Yıldız: «Türkiyə İrandan təbii qaz almağa davam edəcək»

Taner Yıldız: «Türkiyə İrandan təbii qaz almağa davam edəcək»
# 23 may 2012 09:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyə İrandan təbii qaz almağa davam edəcək. APA-nın IRNA agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, Türkiyənin enerjiyə olan tələbatı hər gün artır: «Ancaq Türkiyənin İraqdan təbii qaz alması İrandan idxal olunan təbii qazın həcminə təsir göstərməyəcək. Çünki İraqdan illik 48-50 mlrd. kubmetr təbii qaz alınacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR