«AGBank»ın «Təcili pul köçürmələri sistemləri» kampaniyasının avqust ayı üzrə qalibləri müəyyənləşib

«AGBank»ın «Təcili pul köçürmələri sistemləri» kampaniyasının avqust ayı üzrə qalibləri müəyyənləşib
# 04 sentyabr 2012 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin keçirdiyi «Təcili pul köçürmələri sistemləri» kampaniyasının avqust ayı üzrə qalibləri müəyyən olunub.

Bankın baş ofisindən «APA-Economic»sə verilən məlumata görə, qaliblər - Günel Məmmədzadə bankın Gəncə filialının, Balakişi Salmanov Sumqayıt filialının, Nəcəf Həmzəyev isə baş ofisin müştəriləridir.

Hər ayın üç qalibi «AGClub Standart» paketi və 20 manat məbləğində nağd pulla mükafatlandırılacaq. Kampaniya cari ilin sonuna qədər qüvvədədir!

Xatırladaq ki, «AGBank»da «Western Union», «Interexpress», «Contact», «Bıstraya pocta», «Blizko», «Faster», «Lider», «Migom» və «Coinstar» təcili pulköçürmə sistemləri üzrə xidmətlər göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR