«Aqrarkredit» 25 illik yubileyini qeyd edib
24 oktyabr 2012 13:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən İdarə Heyətinin sədri Məmməd Musayev təşkilatı barədə məlumat verib.
İdarə Heyətinin sədri qeyd edib ki, ötən əsrin 80-ci illərində Azərbaycanın bank sistemində gedən dəyişikliklər dövründə Azərbaycan Nazirlər Sovetinin 1987-ci ilin oktyabrın 22-də qəbul edilən qərarı əsasında Azərbaycan Aqrar Sənaye Bankı yaradılıb.
Həmin dövrdən keçən 25 il müddətində Aqrar Sənaye Bankı və onun hüquqi varisi olan «Aqrarkredit»i ölkənin kənd təsərrüfatında islahatların aparıldığı, yeni yaradılan özəl qurumların genişləndiyi bir zamanda öz kredit siyasətində əsas diqqəti fermer təsərrüfatlarının və digər özəl qurumların inkişafı üzərində qurub. «Aqrarkredit» beynəlxalq maliyyə təşkilatları ilə sıx əlaqələr yaradaraq, yeni qurumların maliyyə vəsaitinə olan ehtiyaclarının müəyyən edilməsində yaxından iştirak edir.
Tədbirdə çıxış edən Aqrar Sənaye Bankı İdarə Heyətinin sədrləri olmuş Vəfadar Rzayev və Cavanşir Abdullayev, Aqrar Sənaye Bankı Müşahidə Şurasının sədri olmuş Akif Kərimov və digərləri kredit təşkilatı barədə danışıblar.
Çıxışlardan sonra təşkilatın fəaliyyət göstərdiyi 25 il ərzində bu sahədə qüsursuz çalışmış, ölkənin aqrar sektorunun inkişafında xüsusi xidmətləri olan bir qrup işçilərə «Fəxri Diplom»lar və xatirə hədiyyələri təqdim olunub.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024