«Kredobank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Kredobank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 01 noyabr 2012 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 2-dən etibarən Bakı Fond Birjasında (BFB) «Kredobank» ASC-nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 min manat, sayı 3 min ədəd, emissiyanın ümumi həcmi isə 30 mln. manat təşkil edir. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 2,4 dəfə artaraq 50,540 mln. manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» çıxış edəcək.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredobank» 1994-cü ildə yaradılıb. Cari ilin oktyabrın 1-nə bankın nizamnamə kapitalının həcmi 20,540 mln. manat olub. Bankın ölkə üzrə 15 filialı, 6 bankomatı və 69 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR