TQDK Təhsil Nazirliyinin mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi üçün təqdim etdiyi maddi-texniki bazanı qəbul etməyib
14 may 2012 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, həmin baza imtahanların yaxşı keçirilməsinə təsir etmə qabiliyyətinə malik olmadığından qəbul edilməyib. TQDK sədri deyib ki, məzunların elektron məlumat bazası Komissiyaya mayın 4-də daxil olub: “O bazada da müəyyən problemlər vardı. Bu bazada olan şagirdlərin 93 faizi ilə bağlı məlumatlar dəqiq idi. Hazırda biz Rayon Təhsil Şöbələri ilə dəqiqləşmələri davam etdiririk. Bakı üzrə məlumat bazasında IX siniflər üzrə 98,8 faiz, XI siniflər üzrə isə 98,4 faiz məlumatlar öz əksini tapıb”.
TQDK sədri deyib ki, sabahdan başlayaraq paytaxt məktəblərinin buraxılış imtahanları ilə bağlı buraxılış vərəqələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediləcək.
TQDK sədri deyib ki, sabahdan başlayaraq paytaxt məktəblərinin buraxılış imtahanları ilə bağlı buraxılış vərəqələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediləcək.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024