Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydaları açıqlanıb

Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydaları açıqlanıb
# 19 iyun 2012 14:04 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Rezidentura” xüsusi buraxılışının 1-ci sayı çapdan çıxıb. Xüsusi buraxılışda baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları, qəbul proqramları, test tapşırığı nümunələri və bəzi test tapşırıqlarının izahı və tövsiyələr verilib. Rezidenturaya qəbul proqramları baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilib.

Rezidenturaya qəbula hazırlaşan hər bir namizəd "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" ilə tanış olmalıdır. Cədvəlin 1-ci sütununda baza ali tibb təhsili səviyyəsində istiqamətlərin (fakültələrin) siyahısı təqdim edilib. Cədvəlin 2-ci sütununda baza ali tibb təhsili istiqamətlərinə uyğun olan rezidentura ixtisaslarının adları, 3-cü sütununda rezidenturaya qəbul üçün baza fənlərinin, 4-cü sütununda isə ixtisas fənlərinin siyahısı verilib.

Namizəd əvvəlcə 1-ci sütundakı siyahıdan bitirdiyi fakültənin adını tapır və
2-ci sütunda qeyd edilmiş rezidentura ixtisaslarından özünün baza ali tibb təhsilinə uyğun olanlarını müəyyənləşdirir. Namizəd qəbul imtahanına cədvəlin 3-cü və
4-cü sütunlarında verilmiş müvafiq baza və ixtisas fənlərinin proqramları əsasında hazırlaşır.

Rus bölməsi üzrə qəbula hazırlaşan namizədlərin nəzərinə çatdırılır ki, “Rezidentura” jurnalının rus dilində versiyası elektron formatda (pdf) təqdim edilib. Onu www.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR