Monika Beluççi «Mən səni sevirəm Bakı» kinolayihəsində çəkilə bilər

Monika Beluççi «Mən səni sevirəm Bakı» kinolayihəsində çəkilə bilər
# 20 fevral 2012 14:46 (UTC +04:00)
Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayevanın APA-ya verdiyi məlumata görə, hazırda Monika Beluççi ilə danışıqlar aparılır. Bununla bərabər, kinolayihəsinə digər Hollivud və Avropa aktyorlarının cəlb olunması nəzərdə tutulur.

Hazırda hazırlıq prosesləri gedən filmin çəkilişlərinə mart ayında başlanılacaq. Qeyd edək ki, çəkiliş qrupu fevralın 1-dən Bakıdadır. Layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.

Layihə 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Layihənin rejissorları Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya). Ssenaristlər isə Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR