Azərbaycanda 1500 hektardan çox qanunsuz zəbt edilmiş bələdiyyə torpağı bələdiyyə mülkiyyətinə qaytarılıb

Azərbaycanda 1500 hektardan çox qanunsuz zəbt edilmiş bələdiyyə torpağı bələdiyyə mülkiyyətinə qaytarılıb
# 12 sentyabr 2012 10:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bildirib.
M. Səlimzadə deyib ki, söhbət bələdiyyələrin özlərinin verdikləri qanunsuz qərarlar nəticəsində satılan ərazilərdən gedir.

Mərkəz rəhbəri bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və digər qurumlar tərəfindən mühafizə olunan zolaqlarda - bələdiyyə ərazilərində də torpaq satışının həyata keçirilməsinə rast gəlinib: “Bunu xüsusi olaraq vurğulamalıyam ki, bu işdə təkcə bələdiyyələr iştirak etməyib. ARDNŞ-in köhnə rəhbər işçiləri, həmçinin şirkətin ərazilərdə olan neft-qaz çıxarma idarələrinin əməkdaşları qanunsuzluğa yol verərək bələdiyyə torpaqlarını satıblar. Bu işdə yerli icra hakimiyyətləri, bələdiyyələr və ARDNŞ-in yerlərdəki əməkdaşları da iştirak ediblər. Biz bu cür qanunsuz qərarların hamısını ləğv etdirmişik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR