Göyçayda avtomobil yoldan çıxaraq aşıb, sürücünün 11 yaşlı oğlu dünyasını dəyişib

Göyçayda avtomobil yoldan çıxaraq aşıb, sürücünün 11 yaşlı oğlu dünyasını dəyişib
# 06 noyabr 2012 06:58 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 193-cü km-liyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb.

İsmayıllının Kürdmaşı kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Qurban Adil oğlunun idarə etdiyi 10 MD 711 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Qurban Hüseynov, onun sərnişini, 1979-cu il təvəllüdlü Xəlilov Tofiq Ağamir oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sürücünün 11 yaşlı oğlu Süleyman Hüseynov isə aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR