Alen Jupe: İrana qarşı sanksiyalar sərtləşdirilməlidir
07 mart 2012 19:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın mübahisəli nüvə proqramına dair “altılıq”la müzakirələrə başlamaq səmimiyyətindən şübhə duyuram”. APA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Alen Jupe ölkənin “i-Tele” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, danışıqlar yenə uğursuzluqla nəticələnəcək: “Mən bir az şübhəliyəm. Məncə, İran fərqli rəftar nümayiş etdirməyi davam etdirir. Bu səbəbdən bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi lazımdır. Məncə, sanksiyalar nəticələri təxmin edilə bilməyəcək hərbi əməliyyat variantının qarşısını almaq üçün atılacaq ən yaxşı addımdır”. A. Jupe deyib ki, İsraildə hərbi əməliyyatla bağlı müzakirələr davam edir: “Əməliyyatın təxmin ediləbilməz nəticələrinə rəsmi Təl-Əvivin diqqətini çəkmək də bizim qarşımızda duran məsuliyyətli işdir”.
Avropa
Polşada Rusiya və Belarusla bağlı xüsusi komissiya yaradılıb
17:57
21 may 2024
Aİ və Moldova arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi imzalanıb
16:14
21 may 2024
“Gürcü Arzusu” ABŞ-nin sanksiya təhdidlərinə cavab verib
16:08
21 may 2024
Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəliri Ukraynaya köçürür
14:48
21 may 2024