Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Həsənova vəfat edib - FOTO
22 avqust 2012 16:43 (UTC +04:00)
APA-nın cənub bürosuna verilən məlumata görə, Q. Həsənova doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində 88 yaşında dünyasını dəyişib.
Q. Həsənova 1924-cü ildə anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1947-ci ildə Lenin ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib.
Q. Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib.
Q. Həsənova V-VI çağırış SSRİ Ali Sovetinin, II-X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. 6 Lenin, 2 Oktyabr İnqilabı, 1 Qırmızı Əmək Bayrağı, 1 Xalqlar Dostluğu ordenləri, müxtəlif medal və dövlət mükafatları ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub.
Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub.

Sosial
ADY ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib - FOTO
15:59
10 may 2024
FHN-də Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - VİDEO
15:54
10 may 2024
Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib
15:33
10 may 2024
DSMF-nin gəlirləri və xərcləri artıb
15:25
10 may 2024