Sərdar Cəlaloğlunun oğlu şəhid olan qardaşı vəfat edib

Sərdar Cəlaloğlunun oğlu şəhid olan qardaşı vəfat edib
# 27 aprel 2016 16:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədov dünyasını dəyişib.

Bu barədə APA-ya S. Cəlaloğlu məlumat verib. O bildirib ki, qardaşı 65 yaşında beyin iflicindən vəfat edib: “Qarabağ müharibəsində onurğa sütunundan xəsarət almışdı. 30 ildir ki, müalicə olunurdu”.

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlil olan Ə. Məmmədov aprelin əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olan Rasim Məmmədovun atasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR