Prezident İlham Əliyev Fransanın Kann şəhərinin merini qəbul edib

Prezident İlham Əliyev Fransanın Kann şəhərinin merini qəbul edib
# 27 may 2016 15:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 27-də Fransanın Kann şəhərinin meri Devid Lisnardı qəbul edib.

APA-nın xəbərinə görə, Fransa şəhərləri ilə Azərbaycan şəhərləri arasında çox sıx əlaqələrin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev Fransanın və Azərbaycanın 10-dan artıq şəhərinin qardaşlaşdığını və bu şəhərlər arasında yaxşı təmasların yaradıldığını məmnunluqla qeyd edib. İki ölkə arasında əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı regional əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyib.

Kann şəhərinin meri Devid Lisnard bildirib ki, Azərbaycana səfərinin məqsədi Fransanın Kann şəhəri ilə Qəbələ şəhəri arasında əməkdaşlığı genişləndirməkdir. Devid Lisnard Kannın kiçik bir şəhər olduğunu, lakin dünyada tanındığını vurğulayıb. O, Azərbaycanın öz inkişafını möhkəm zəmində formalaşdırmasının və öz mədəniyyətini dünyada təşviq etməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR