Sabiq icra başçısının apellyasiya şikayətinə baxılır

Sabiq icra başçısının apellyasiya şikayətinə baxılır
# 06 iyun 2016 07:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Qobustan rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışovun apellasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 9-a təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan T. Alışov isə apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( sənədləri saxtalaşdırma) maddələri üzrə ittiham olunub.

2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilən R. Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR