Sabah hava buludlu  olacaq

Sabah hava buludlu  olacaq
# 22 may 2016 09:30 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-17, gündüz 22-27, Bakıda gecə 13-15, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunundan 756 civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi-əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR