Bakıda iki minik maşını toqquşub, ölən var

Bakıda iki minik maşını toqquşub, ölən var
# 24 dekabr 2015 07:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə M. Əliyev küçəsində, “Qızıl Qaya” şadlıq evinin qarşısında qeydə alınıb. Ceyhun Kərimovun idarə etdiyi “İsuzu” markalı maşın Ədalət Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə Ə. Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR