Respublika Uşaq Kitabxanasının yubileyi keçiriləcək

Respublika Uşaq Kitabxanasının yubileyi keçiriləcək
# 21 dekabr 2015 15:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

1965-ci il yanvar ayının 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılmış F.Köçərli adına Respublika Uşaq Kitabxanası hazırda uşaq kitabxanaları üzrə elmi-metodiki mərkəz funksiyasını yerinə yetirir.

Kitabxana ölkədə keçirilən tədbirlərdə iştirak etməklə yanaşı, MDB və dünyanın bir çox inkişaf etmiş dövlətlərində təşkil olunan tədbirlərdə Azərbaycanı təmsil etmiş, İsveçrə, Türkiyə, Moldova, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Yaponiya və digər ölkələrin kitabxana cəmiyyətləri ilə interaktiv əlaqələr yaradıb.

Beynəlxalq Uşaq Kitabı Şurasının üzvü olan F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən gənc nəslin inkişaf etməsi, uşaqlarda vətənpərvərlik hisslərinin güclənməsi, təhsilə marağın artırılması məqsədilə “Göy qurşağı” adlı uşaq jurnalı təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR