İqtisadiyyat Nazirliyində şərabçılığın inkişafı müzakirə olunub

İqtisadiyyat Nazirliyində şərabçılığın inkişafı müzakirə olunub
# 19 yanvar 2016 13:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi üçün təkliflərin hazırlanmasında biznes ictimaiyyətinin fikirlərinin nəzərə alınması məqsədi ilə İqtisadiyyat Nazirliyində müzakirə keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, şərabçılıq sahəsində fəaliyyət göstərən 15-dən artıq müəssisənin nümayəndələrinin iştirak etdiyi görüşdə kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlərin dəstəkləndiyi vurğulanıb.

Görüşdə şərabçılıq məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi və ixrac potensialının daha da artırılması üçün dəstək mexanizmlərinin gücləndirilməsi imkanları barədə müzakirələr aparılıb. Müəssisələrin nümayəndələri istehsal etdikləri məhsulların maya dəyərinə təsir edən əsas amillər - istifadə olunan xammalın, xüsusilə istehsal prosesində istifadə olunan, lakin ölkəmizdə istehsal edilməyən lazımi məhsulların yerli istehsalının dəstəklənməsi, emal müəssisələrinin yaradılmasının stimullaşdırılması və s. barədə təkliflərini bildiriblər.

Tədbirdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanlarının araşdırılacağı qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR