Türkiyənin “ Zaman” nəşri: “Ermənistan oliqarxiyasının Qarabağ böhranına ehtiyacı var”

Türkiyənin “ Zaman” nəşri: “Ermənistan oliqarxiyasının Qarabağ böhranına ehtiyacı var”
# 07 oktyabr 2015 14:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Strategic Outlook” araşdırma mərkəzinin həmsədri və eksperti Mehmet Fatih Öztarsu “Zaman” nəşrindəki “Ermənistan oliqarxiyasının Qarabağ böhranına ehtiyacı var” sərlövhəli yazısında bildirib.

Onun sözlərinə görə, indiyədək sərhəddə baş verən ölüm halları ilə bağlı dəqiq məlumatlar təqdim etməyən Ermənistan vəzifəli şəxsləri zaman-zaman onlarla Azərbaycan əsgərinin öldürülməsi ilə bağlı yanlış açıqlamalarla xalqın inamını qazanmağa çalışır.

“Qarabağla bağlı artıq adiləşən, lakin ehtiyac halında gündəmə gətirilən toqquşmalar müntəzəm olaraq Serj Sarkisyan və ona bağlı qrupların işinə yarayır. Ermənistan ordusundakı sui-istifadə halları, əsgər intiharlarını gizlədən və əsgər ailələrinin etirazlarını eşitməzlikdən gələn idarəçilik təmas xəttində yaşanan hadisələrin ortaya çıxmaması üçün böyük əmək sərf edir. Onsuz da hazırda Ermənistanda davam edən konstitusiya müzakirələri və hər gün yaşanan sui- istifadə hallarından əziyyət çəkən idarəçiliyə bu böhran hər zamankından daha çox lazımdır.”

Mehmet Fatih Öztarsu bildirir ki, Ermənistanda konstitusiya vasitəsilə hər hansı dəyişikliyin əldə edilməsi çətindir və buna görə də müxalifətin sərt, lakin məntiqli tənqidləri önəm qazanır.

“ Görünən odur ki, 2018-ci ilə qədər Qarabağda siyasətçilərin sui-istifadə hallarına əl atması nəticəsində yeni ölümlər yaşanacaq və bu regional problem sadəcə iqtidarını gücləndirmək istəyən şəxslərin oyuncağı olaraq qalmağa davam edəcək. Bölgədə baş verə biləcək mümkün müharibə də bu siyasətçilərin mənfəətlərini qoruyan bir vasitəyə çevriləcək,”-deyə müəllif əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR