Bu il Klinik Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə 63 nəfər müraciət edib

Bu il Klinik Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə 63 nəfər müraciət edib
# 03 mart 2016 10:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin ilk aylarında 63 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib.

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 51-i xəstəxanaya yerləşdirilib, qalanları evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərin yarıdan çoxu, 60-65%-i qadın olub. Dəm qazından zəhərlənəndən 3-nün isə uşaq olduğu bildirilib. Zəhərlənmələrdən ölüm halı qeydə alınmayıb.

A.Maqsudov qeyd edib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmələrin sayı azdır: "Ötən ilin müvafiq dövründə müraciətlər daha çox idi. Bu da əsasən havaların isti keçməsi ilə əlaqədardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR