Hüseyn Bağırov Ağsuda vətəndaşları qəbul edib

Hüseyn Bağırov Ağsuda vətəndaşları qəbul edib
# 03 iyun 2016 09:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Ağsu şəhərində Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan 40-a yaxın vətəndaşı qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR