“Azanfilm” studiyasında animasiya sahəsində çalışan gənclərlə görüş keçirilib

“Azanfilm” studiyasında animasiya sahəsində çalışan gənclərlə görüş keçirilib
# 26 may 2016 14:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azanfilm” studiyasında animasiya və modellinq sahəsində fəaliyyətə başlayan gənclərlə görüş keçirilib. APA-nın məlumatına görə, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov studiyanın yeni kadr siyasətinə və bədii islahatlar planına uyğun olaraq 5 ay ərzində görülmüş işlərdən söz açıb.

Görüşdə islahatlar nəticəsində milli animasiya tarixində ilk dəfə olaraq yeni kadrlarla çoxseriyalı cizgi filmlərinin istehsalının mümkünlüyü vurğulanıb, elan olunmuş vakansiya müsabiqəsinin fərqlənmiş iştirakçılarından ibarət yeni işçi qrupların yaradılması müzakirə edilib, iki gənc mütəxəssisə yeni layihənin icrası tapşırılıb.

Studiya rəhbərliyi gənc kadrlarla əməkdaşlıq etmək niyyətini və onlara animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasında dəstək olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR