Diyarbəkirdə törədilən partlayış nəticəsində 6 polis əməkdaşı həlak olub, 23 nəfər yaralanıb

Diyarbəkirdə törədilən partlayış nəticəsində 6 polis əməkdaşı həlak olub, 23 nəfər yaralanıb
# 31 mart 2016 18:11 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində altı polis əməkdaşı həlak olub, 23 nəfər isə yaralanıb. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb.

Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR