“Təmiz Şəhər” beynəlxalq konfransda Azərbaycanı təmsil edib

“Təmiz Şəhər” beynəlxalq konfransda Azərbaycanı təmsil edib
# 23 aprel 2016 11:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Aprelin 21-22-də Slovakiyanın Bratislava şəhərində “Dayanıqlı Üzvi Çirkləndirici Tullantıların İdarə Olunması” mövzusunda konfrans keçirilib.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Serbiya, Türkiyə, Ukrayna, Monteneqro, Moldova, Bosniya və Hersoqovinya, Gürcüstan, Belarus, Albaniya kimi ölkələrin iştirak etdiyi tədbirdə Azərbaycanı “Təmiz Şəhər” ASC təmsil edib.

“Təmiz Şəhər”in nümayəndələri konfrans iştirakçılarına Bakı şəhərində bərk məişət tullantılarının emalı və zərərsizləşdirilməsi, yaşıl iqtisadiyyat sahəsində sahibkarlar üçün yaradılmış şərait və imkanlar, həmçinin bu sahədə həyata keçirilən islahat və layihələr barədə geniş məlumat verilib.

Azərbaycanlı nümayəndələr təqdimatla çıxış edərək “Təmiz Şəhər” ASC-nin layihələri: tullantıların çeşidlənməsi və yandırılması zavodları, Balaxanı Sənaye Parkı, tullantıların zərəsizləşdirilməsi poliqonu barədə ətraflı danışıblar.

Azərbaycan tərəfinin təqdimatı və videoçarx tədbir iştirakçılarının marağına səbəb olub və çıxış müzakirələrin müşayiəti ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR