Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi birgə təlimlərə başlayıb

Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi birgə təlimlərə başlayıb
# 19 sentyabr 2016 15:57 (UTC +04:00)

Bakı-APA. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqləri və təhqiqatçılarının cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə Vergilər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən imzalanmış əmrə əsasən sentyabrın 18-dən etibarən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında birgə təlimlərə başlanılıb.

APA-nın xəbərinə görə, Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən birgə məlumatında bildirilir ki, tədbirdə Vergilər Nazirliyinin müstəntiq, təhqiqatçı və əməliyyatçılarının müntəzəm olaraq müvafiq təlim və tədris kurslarına cəlb edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyaların tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, vergi cinayətkarlığına qarşı mübarizədə ibtidai araşdırmanın keyfiyyətinin artırılması sahəsində hüquqi yardımın göstərilməsi məqsədilə nəzərdə tutulan təlimlər oktyabrın 8-dək davam edəcək. Tədrisin sonunda keçirilmiş mövzuların dinləyicilər tərəfindən hansı dərəcədə mənimsənilməsi və tədrisin səmərəliliyinin müəyyən edilməsi məqsədilə imtahanın keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR