Yevlaxda köşk yanıb

Yevlaxda köşk yanıb
# 04 iyun 2016 01:28 (UTC +04:00)

Bakı-APA. Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Nərimanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan dəmir köşkün taxtadan ibarət tavanı və içərisində olan soyuducu yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR