Saatlı sakini narkotik bitki yetişdirdiyinə görə saxlanılıb

Saatlı sakini narkotik bitki yetişdirdiyinə görə saxlanılıb
# 19 iyun 2016 21:02 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlı sakini narkotik xassəli bitki yetişdirdiyinə görə saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı polis şöbəsi əməkdaşlarının “Xaş-Xaş 2016” əməliyyat planına uyğun keçirdikləri tədbir zamanı Mustafabəyli kənd sakini, əvvəllər məhkum olunmuş Qəhrəmanov Elnur Gülağa oğlunun həyətyanı sahəsindən və yaşadığı evdən xüsusi qablarda yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edib.

Aqrotexniki ekspertizanın rəyinə görə, saxlanılan şəxs tərəfindən narkotik xassəli çətənə kollarını aqrotexniki qaydada qulluq etməklə becərib.

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR