Vyanada Kerri ilə Sarkisyan arasında görüş keçirilib

Vyanada Kerri ilə Sarkisyan arasında görüş keçirilib
# 16 may 2016 20:53 (UTC +04:00)

Bakı-APA. Vyanada ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə erməni nümayəndə heyətindəki mənbə bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Dağlıq Qarabağda baş verən son gərginlik və münaqişənin diplomatik yolla nizamlanması müzakirə edilib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR