Musiqili Teatrda Xanlar Muradovun xatirəsi yad edilib

Musiqili Teatrda Xanlar Muradovun xatirəsi yad edilib
# 03 may 2016 09:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Musiqili Teatrda əməkdar artist Xanlar Muradovun xatirəsi yad edilib. Qurumun mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, X. Muradov 1975-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində obrazlar canlandırıb.

Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. Dövlət Musiqili Teatrında O. Kazimi və R. Heydərin “Qızıl toy” iki hissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun 70 illiyinə həsr olunub.

Aktyor 2005-ci il fevralın 5-də Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR