Məhkəmə vəkilin cəzaçəkmə müəssisəsinə qarşı şikayətini təmin etməyib

Məhkəmə vəkilin cəzaçəkmə müəssisəsinə qarşı şikayətini təmin etməyib
# 11 may 2016 12:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Xətai rayon Məhkəməsində vəkil Yalçın İmanovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı mülki qaydada verdiyi şikayətinə baxılıb.

Bu barədə APA-ya məlumat verən Y.İmanov bildirib ki, məhkəmə şikayəti təmin etməyib. O, qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, Y. İmanov həbsdə olan jurnalist Xədicə İsmayılla görüşə gedərkən sənədlərin müəssisənin girişində və çıxışında yoxlanılmasının hüquqlarının pozuntusu kimi tanınması, dəymiş ziyana görə maddi təzminat ödənilməsi barədə şikayətlə məhkəməyə müraciət edib. Y.İmanov bildirib ki, 4 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmət onunla bağlı Vəkillər Kollegiyasına müraciət edərək, vəkilin üzərindən başqa məhkuma aid məlumatların aşkar edildiyini və buna görə də vəkil barəsində intizam tədbirinin görülməsini istəyib. Vəkil bildirib ki, kollegiya məsələ ilə bağlı artıq intizam icraatına başlayıb. O, X. İsmayılın da vəkillərlə görüşə gedən zaman axtarışa məruz qaldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR